İrakli Kobaxidze Viktor Orbanla görüşüb
İrakli Kobaxidze Viktor Orbanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

Gürcüstan hökumətinin administrasiyasının məlumatına görə, tərəflər iki ölkə arasında sıx siyasi və iqtisadi əməkdaşlıq barədə söhbət ediblər.

“Yaxın gələcəkdə Budapeştdə keçiriləcək Gürcüstan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının ikitərəfli iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd edilib.

Gürcüstan və Macarıstanın baş nazirlərinin görüşü Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində keçirilib”, – məlumatda qeyd edilib.