İrakli Kobaxidze - Vaxtilə Texniki Universitetin müəyyən infrastrukturunun Saakaşvilinin ailə üzvünə bir lariyə verilməsi açıq küstahlıqdır, bu məsələni araşdırmaq maraqlı olacaq
Texniki Universitetin müəyyən infrastrukturunun Saakaşvilinin ailə üzvünə bir lariyə verilməsi açıq küstahlıqdır, bu məsələni araşdırmaq maraqlı olacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qiuli Alasania Universiteti ilə bağlı sualı cavablandırarkən bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, bu universitetlə bağlı nə baş verdiyini hamı yaxşı bilir.
“Gürcüstan Texniki Universitetinin müəyyən infrastrukturu vaxtilə Saakaşvilinin ailə üzvünə bir lariyə verilib, bu da açıq küstahlıqdır, qalan hər şeydən danışmağa dəyməz. Bu məsələni öyrənmək maraqlı olacaq və gəlin aidiyyatı qurumların cavabını gözləyək”, – İrakli Kobaxidze bildirib.