İrakli Kobaxidze - Uzun illərdir Gürcüstan xarici maliyyələşmə ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və medianın dezinformasiyasına qarşı mübarizə aparır, hansı ki, bizim dəyərlərimizi dəyişdirməyə çalışırlar
İllər ərzində nüfuzlu beynəlxalq media vasitələri Gürcüstana qarşı koordinasiyalı hücumlar həyata keçirib, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Budapeştdə Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı bildirib.
Kobaxidzenin söyllədiyinə görə, Gürcüstan illərdir ki, xaricdən maliyyələşən QHT və media vasitələrinin dezinformasiyasına qarşı mübarizə aparır.
“Onların yalan üzərində qurulan hekayəsi Gürcüstanı müharibədən imtina etdiyinə, suverenliyi seçdiyinə və milli maraqları üstün tutduğuna görə cəzalandırmaq məqsədi daşıyırdı. Gürcüstan illərdir ki, tərəqqiyə xidmət etməyən, əksinə dəyərlərimizi yenidən formalaşdırmağa çalışan xaricdən maliyyələşən QHT və media vasitələrinin dezinformasiyası ilə mübarizə aparır”, – deyə İrakli Kobaxidze bildirib.
Sinxron tərcümə əsasında hazırlanmışdır.