İrakli Kobaxidze Ursula fon der Laieni yenidən Avropa Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edir
İrakli Kobaxidze Ursula fon der Laieni yenidən Avropa Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edir

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ursula fon der Laieni yenidən Avropa Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edir.

Hökumət başçısı diqqəti əməkdaşlığın davam etdirilməsinə və Gürcüstanın Avropaya inteqrasiyasının gücləndirilməsinə yetirir.

“Ursula fon der Laieni yenidən Avropa Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Mən əməkdaşlığımızın davam etdirilməsini və Gürcüstanın Avropaya inteqrasiyasının gücləndirilməsini səbirsizliklə gözləyirəm”- baş nazir X sosial şəbəkəsində yazır.

Ursula fon der Laieni ikinci müddətə Avropa Komissiyasının prezidenti seçiblər. 401 avropalı parlamentari Ursula fon der Laienin seçilməsini dəstəkləyib, 284-ü əleyhinə səs verib, 15 deputat isə bitərəf qalıb.