İrakli Kobaxidze - Üç gün əvvəl Co Baydenin qəbuluna dəvət göndərdilər və sonra ləğv olundu, bu qeyri-ciddidir, bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi
İrakli Kobaxidze - Üç gün əvvəl Co Baydenin qəbuluna dəvət göndərdilər və sonra ləğv olundu, bu qeyri-ciddidir, bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi

 
Üç gün əvvəl dəvət göndərdilər və sonra ləğv olundu, bu qeyri-ciddidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda gürcü jurnalistlərə ABŞ Prezidenti Co Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı suala cavabında bildirib.

Baş nazirin qiymətləndirməsinə görə, bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi, lakin müxalifət üçün də bunun praktiki effekti olmayacaq.

“Bununla bağlı xüsusi şərh verə bilmərəm. Bu, qeyri-ciddidir, üç gün əvvəl dəvət göndərdilər və sonra ləğv olundu. Bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi, lakin müxalifət üçün də bunun praktiki effekti olmayacaq. Bu mövzuda daha çox şərh vermək mənim üçün çətin olacaq” – İrakli Kobaxidze bildirib.