İrakli Kobaxidze Türkiyədə yeni təyin olunmuş səfiri Arçil Kalandia ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Türkiyədə yeni təyin olunmuş səfiri Arçil Kalandia ilə görüşüb.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq, həmçinin müxtəlif sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Hökumət başçısı diplomatı fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.