İrakli Kobaxidze - Tövbə, barışmaq ideyasına isteriya ilə qarşılıq verdiyin zaman, müharibəni məsələnin həllinin yeganə yolu hesab etdiyin aydındır, belə bir vaxtda səndən müharibə partiyası olaraq bəhs etmələrinə təəccüblənməməlisən
İrakli Kobaxidze - Tövbə, barışmaq ideyasına isteriya ilə qarşılıq verdiyin zaman, müharibəni məsələnin həllinin yeganə yolu hesab etdiyin aydındır, belə bir vaxtda səndən müharibə partiyası olaraq bəhs etmələrinə təəccüblənməməlisən

 
Saakaşvili rejiminin müharibəyə başladığını, bir aydan artıqdır bütün komanda deyir və bu baxımdan Bidzina İvanişvili yeni heç nə deməyib – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Baş nazir, radikal müxalifətin nümayəndələrinin müharibənin başlaması mövzusu ilə bağlı bir aydan çoxdur heç nə demədiklərini bildirib.

“Mən cənab Bidzina İvanişvili tərəfindən gürcü-osetin barışığı haqqında verilmiş bəyanata və bu bəyanat ətrafında hakimiyyətin rəqibləri tərəfindən yaradılmış qeyri-sağlam ajiotaja münasibət bildirmək istəyirəm.

Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyin yalnız iki yolla – müharibə və ya barışıq yolu ilə mümkün olması elementar həqiqətdir. Qardaş qırğını müharibəsindən sonra barışıq isə qarşılıqlı tövbə olmadan, mənimlə razılaşarsınız ki, mümkün deyil. Belə şəraitdə tövbə, barışmaq ideyasına isteriya ilə qarşılıq verdiyin zaman, müharibəni məsələnin həllinin yeganə yolu hesab etdiyin aydındır, belə bir vaxtda səndən müharibə partiyası olaraq bəhs etmələrinə təəccüblənməməlisən.

Cənab Bidzina İvanişvili dedi ki, Saakaşvili rejimi tərəfindən alovlanmış müharibəyə görə biz gürcülər osetinlərdən üzr istəməliyik. Saakaşvili rejiminin müharibəyə başladığını, bir aydan artıqdır bütün komanda deyir və bu baxımdan Bidzina İvanişvili yeni heç nə deməyib. Həm də müxalifətin nümayəndələri müharibənin başlaması mövzusu ilə bağlı bir aydan çoxdur heç nə demirlər.

Deyə də bilməzlər, çünki müxtəlif vaxtlarda hər üç əsas müxalifət partiyasının liderləri, həm də Salome Zurabişvili açıq şəkildə təsdiq ediblər ki, müharibəni Saakaşvili rejimi başladıb” – baş nazir bildirib.