İrakli Kobaxidze - TDU-nun təsis edilməsi günü bizə İvane Cavaxişvili və onunla həmfikir olan şəxslərin düşündüyü kimi universiteti ana universitet statusuna qaytarmaq məsuliyyətimizi xatırladır
Bu gün Tbilisi Dövlət Universitetinin təsis edilməsi günüdür, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında qeyd olunub.
Hökumət başçısının dediyinə görə, bu gün hər kəsə ana universitetin statusunu Tbilisi Dövlət Universitetinə qaytarmaq məsuliyyətini xatırladacaq.
“Bu gün Tbilisi Dövlət Universitetinin təsis edilməsi günüdür! Bu gün bizə, İvane Cavaxişvili və onunla həmfikir olan şəxslərin düşündüyü kimi, Tbilisi Dövlət Universitetinə ana universitet statusunu qaytarmaq məsuliyyətimizi xatırladır!”, – Baş nazir qeyd edir.