İrakli Kobaxidze - Tbilisinin yeni beynəlxalq hava limanı 18 milyon sərnişini qəbul edəcək, bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən meqalayihədir
İrakli Kobaxidze - Tbilisinin yeni beynəlxalq hava limanı 18 milyon sərnişini qəbul edəcək, bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən meqalayihədir

Sərnişin axını ildən-ilə artacaq, infrastrukturumuz buna cavab verməlidir – Tbilisinin yeni beynəlxalq hava limanı 18 milyon sərnişini qəbul edəcək, – bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Onun söylədiyinə görə, Tbilisinin yeni beynəlxalq hava limanının meqa layihəsi ölkə üçün əsas əhəmiyyət kəsb edir.

“Biz Tbilisi və Kutaisi hava limanlarını ayırmalıyıq. Bugün üçün Kutaisi hava limanının tutumu 1 milyon 700 min sərnişindir və hava limanı genişləndirildikdən sonra terminal beş milyona qədər sərnişini qəbul edəcək. Tbilisiyə gəlincə, meqa layihə, tamamilə yeni beynəlxalq hava limanının və Vaziani hava limanının tikintisi nəzərdə planlaşdırılıb. Hərçənd, bizim proqnozumuz var və axınlar ildən-ilə artacaq, infrastrukturumuz buna cavab verməli olacaq. Yeni hava limanı 18 milyon sərnişini qəbul edəcək. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihədir”, – deyə İrakli Kobaxidze bildirib.