İrakli Kobaxidze - Tbilisi Dövlət və Texniki Universitetlərinin birləşməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib, əleyhdarların apardığı kampaniya yalanlar üzərində qurulub
İrakli Kobaxidze - Tbilisi Dövlət və Texniki Universitetlərinin birləşməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib, əleyhdarların apardığı kampaniya yalanlar üzərində qurulub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bildirdiyinə görə, Tbilisi Dövlət və Texniki Universitetlərinin birləşdirilməsi sistemin optimallaşdırılmasını təmin edən çox vacib bir təşəbbüsdür.

Onun dediyinə görə, bütün bunlar ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

“Tbilisi Dövlət Universiteti və Texniki Universitetin birləşməsinə gəlincə, komandamız bu barədə bəyanat verdi. Bəyanatı Təhsil Naziri açıqladı. Bu, ümumilikdə sistemin optimallaşdırılmasını təmin edən çox önəmli təşəbbüsdür. Ən əsası, bütün bunlar ölkəmizdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Hamınız xatırlayırsınız ki, bir vaxtlar təhsil sisteminin fəaliyyəti ilə bağlı ciddi şikayətlər eşidirdik. O cümlədən əleyhdarlar bildirirdilər ki, məsələn, gənclərimiz tez-tez xaricə gedirlər, çünki Gürcüstanda lazımi keyfiyyətli ali təhsil təmin edilmir. Biz təhsil islahatını elan etdik və birdən məlum oldu ki, Tbilisi Dövlət Universiteti “Harvard”, Gürcüstan Texniki Universiteti “Kembric” və İlia Universiteti “Oksford” olub. Əlbəttə ki, əleyhdarların apardığı kampaniya dəfələrlə yalanlar üzərində qurulub və bütün bunlar onların spekulyativ təbiətindən xəbər verir. İki universitetin birləşdirilməsi gəlincə, müzakirəni bağlaya bilərsiniz, yalnız ümumi bəyanatlar var və bu birləşmənin hansı mənfi tərəfləri ola biləcəyi barədə heç bir konkret açıqlama yoxdur. Müsbət tərəfi, əlbəttə ki, çoxdur”, – Baş nazir bildirib.