İrakli Kobaxidze Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistana rəsmi səfəri çərçivəsində Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Faysal İdizoda ilə görüşüb.
Hökumət başçısı gürcü nümayəndə heyətini qəbul etdiyinə görə Nümayəndələr Palatasının sədrinə təşəkkür edib və ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.
Görüş zamanı söhbət müxtəlif sahələrə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda tərəfdaşlığın gücləndirilməsi perspektivlərinə, eləcə də parlamentlərarası əlaqələrə toxunulub. Qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da fəallaşdırılması üçün yaxşı zəmin yaratdığı qeyd olunub.
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ümid etdiyini bildirib ki, ən yüksək səviyyədə səfər və imzalanan müqavilələr ikitərəfli münasibətlərin yeni mərhələsinə, eləcə də iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığa töhfə verəcək.
Görüşdən sonra Gürcüstanın Baş naziri nümayəndə heyəti ilə birlikdə Ali Məclisin binasını gəzib və fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.
Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayır.