İrakli Kobaxidze - Sulxan Tamazaşvilinin Acara hökumətinin sədri vəzifəsində fəaliyyəti mühüm olacaq, Acara üçün çox işlər görülüb, bu işin layiqli davamı lazımdır
İrakli Kobaxidze - Sulxan Tamazaşvilinin Acara hökumətinin sədri vəzifəsində fəaliyyəti mühüm olacaq, Acara üçün çox işlər görülüb, bu işin layiqli davamı lazımdır

Sulxan Tamazaşvilinin Acara Muxtar Respublikası Hökumətinin Sədri kimi fəaliyyəti çox mühüm olacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acara Muxtar Respublikası Hökumətinin sədri vəzifəsinə namizədi təqdim edərkən bildirib.

Hökumət başçısı Tornike Rijvadzeyə gördüyü işlərə görə təşəkkür edib və qeyd edib ki, ötən illər ərzində Acarada çox mühüm layihələr həyata keçirilib və bu iş layiqincə davam etdirilməlidir. Tornike Rijvadze yeddi il ərzində ölkəmizin ən mühüm bölgəsi olan Acara Muxtar Respublikasına xidmət edirdi. Ötən illər ərzində Acara üçün çox işlər görülüb, ölkəmizin bu mühüm, gözəl guşəsinin inkişafı üçün mühüm layihələr və proqramlar həyata keçirilib. Təbii ki, bu işin layiqli davamı lazımdır. Düşünürük ki, çox mühüm strukturda, Daxili İşlər Nazirliyində dövlətimizə, ölkəmizə illər boyu ləyaqətlə xidmət etmiş, çox layiqli namizəd Sulxan Tamazaşvilini təqdim edirik. O, Acarada doğulub boya-başa çatan acarılıdır və təbii ki, onun Acara Muxtar Respublikası Hökumətinin Sədri kimi fəaliyyəti çox mühüm olacaq. Acara Muxtar Respublikasının inkişafı ilə bağlı fəaliyyətini düzgün idarə etmək üçün təcrübəyə, müvafiq bacarıqlara malikdir. Qarşımızda bir çox çağırış var və əminəm ki, Sulxan Tamazaşvili bu çağırışların öhdəsindən ən yaxşı şəkildə gələcək, – deyə baş nazir bildirib.