İrakli Kobaxidze Sulxan Tamazashviliyə, Zurab Pataradzeyə və Geka Geladzeyə yeni vəzifələr münasibətilə təbriklərini çatdırıb
İrakli Kobaxidze bildirib ki, Sulxan Tamazashvili ilk dəfə hökumət iclasında iştirak edir və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Baş nazir Tamazashvilinin Acara Muxtar Respublikası Hökumətinin rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirərək, bu dövrdə mühüm dəyişikliklərin həyata keçirildiyini vurğulayıb.
O, həmçinin Zurab Pataridzeyə Acara hökumətinin yeni rəhbəri təyin olunması münasibətilə təbriklərini çatdırıb.
Eyni zamanda Geka Geladzeni Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hər üç şəxsə fəaliyyətlərində uğurlar arzulayıb.