İrakli Kobaxidze Slovakiya, Efiopiya və İrlandiyada Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb
İrakli Kobaxidze Slovakiya, Efiopiya və İrlandiyada Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Slovakiya, Efiopiya və İrlandiyaya yeni təyin edilmiş Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.

Konstantine Kvaçakidze Slovakiya Respublikasına, Qia Macaradze Efiopiya Federativ Demokratik Respublikasına, Sopio Katsarava İrlandiyaya, Davit Mekvabişvili isə Müqəddəs Taxt-Taca Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olaraq təyin edilib.

Baş nazir diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

2000-ci ildən Konstantin Kvaçakidze Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında və Gürcüstanın diplomatik missiyalarında müxtəlif vəzifələr tuturdu. Slovakiya Respublikasına təyin olunana qədər o, Kipr Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olub. Bundan əvvəl isə o, Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsinin müavini olub.

Qia Maçaradze 1996-cı ildən Gürcüstan Xarici İşlər Nazirliyində və xaricdəki diplomatik missiyalarda müxtəlif vəzifələrdə çalışır. 2022-ci ildən Efiopiya Federativ Demokratik Respublikasında Gürcüstan səfirliyinin fövqəladə və səlahiyyətli səfiridir.

Sopio Katsarava 2020-ci ildən Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, 2021-2024-cü illərdə isə Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi vəzifələrini tuturdu. 2016-2019-cu illərdə Gürcüstan parlamentinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri olub. Sopio Katsaravaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.