İrakli Kobaxidze Şavkat Mirziyoyev ilə birlikdə şair Əlişir Nəvainin abidəsinin açılışında iştirak edib

17:15, 03.07.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə şair Əlişir Nəvainin abidəsinin açılışında iştirak edib.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, abidə Tbilisidə, Varketilidə Əlişir Nəvai adına parkda açılıb.

“Tədbirdə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış ediblər. Abidənin açılışının Gürcüstan və Özbəkistan arasında uzunmüddətli dostluq və tərəfdaşlıq münasibətlərinin sübutu olduğu qeyd edilib.

Tədbirdə həmçinin Gürcüstan və Özbəkistanın nazirlər kabinetinin üzvləri, Tbilisi merinin müavini Qiorqi Tğemaladze və şəhər məclisinin sədri Zurab Abaşidze də iştirak ediblər”, – məlumatda qeyd olunur.

Oxşar