İrakli Kobaxidze - Sanksiyalarla bağlı günahkar Dövlət Departamenti deyil, ABŞ-da rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir
İrakli Kobaxidze - Sanksiyalarla bağlı günahkar Dövlət Departamenti deyil, ABŞ-da rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir

 
Günahkar Dövlət Departamenti deyil, Amerika Birləşmiş Ştatlarında rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında ABŞ-nin sanksiyaları ilə əlaqədar suala cavab olaraq deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, sanksiyalar və viza məhdudiyyətləri ilə bağlı bəyanat rəsmi olaraq ABŞ-nin Dövlət Departamentinin adından yayılıb, müvafiq olaraq, gürcü tərəfi Dövlət Departamentinə cavab verəsi olur.

“Bizdə bu bəyanatların hansı təsirlərin nəticəsi olduğuna dair təxminlərimizdən daha çox şey var, lakin rəsmi olaraq bu bəyanatın ABŞ-nin Dövlət Departamenti tərəfindən yayılması faktdır, bu da bizim üçün çox məyusedicidir, çünki biz bu halda Dövlət Departamentinə cavab verəsi oluruq. Buradaca deyirik ki, günahkar Dövlət Departamenti deyil, Amerika Birləşmiş Ştatlarında rəsmi qurumlara prinsipial təsir göstərən oliqarxik qüvvələrdir. Müvafiq olaraq, biz ABŞ-ı deyil, oliqarxik təsirləri günahlandırırıq, təəssüf ki, konkret qurumlarda ədalət onun qurbanına çevrilib” – baş nazir qeyd edib.