İrakli Kobaxidze - sanksiyalar münasibətlərin yenidən baxılmasına kömək etmir, mən ABŞ səfirinin yanında açıq şəkildə dedim ki, daha bir addım əlavə olunarsa, mövqelərə yenidən baxılması ilə bağlı prinsipial müzakirə aparmalı olacağıq
Gürcü-amerikan münasibətlərinin yenidən baxılması sağlam və ədalətli yanaşma tələb edir, hərçənd, sanksiyalar və qərarlar münasibətlərin yenidən baxılmasına kömək etmir, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin söylədiyinə görə, sanksiyaların tətbiqi gürcü-amerikan münasibətlərini pozmağa yönəlib.
“Bu cür addımlar, bu cür qərarlar münasibətlərin yenidən baxılmasına kömək etmir. Bu münasibətlərdə dörd il ərzində ciddi çətinliklərin olduğunu xatırlayırsınız. Bu çətinliklərə, əsasən, əvvəlki səfirin fəaliyyəti səbəb olurdu və belə şəraitdə, bu fonda münasibətlərin yenidən baxılması əlbəttə ki, çox vacibdir. Münasibətlərin yenidən baxılması sağlam və ədalətli yanaşma tələb edir, lakin bu cür sanksiyalar, bu cür qərarlar münasibətlərin yenidən baxılmasına kömək etmir, xüsusən də sanksiyalar tətbiq olunanda, məsələn, yüksək rütbəli polislərə, avqust müharibəsində iştirak etmiş insanlara. Bu, dövlətimizə qarşı ifrat təhqirdir, bizim üçün prinsipcə qəbuledilməzdir. Mən Amerika səfirinə öz narahatlığımı bildirdim və daha artıq, açıq şəkildə bildirdim ki, daha bir addım əlavə olunarsa, bu halda biz müəyyən mövqelərə yenidən baxılmasını prinsipial olaraq müzakirə etməli olacağıq. Sadəcə tərəfdaş deyil, həm də strateji tərəfdaş adlandırılan belə bir dövlətin qeyri tərəfdaş münasibəti bizim üçün prinsipcə qəbuledilməzdir. Buna görə də hər kəsi rasional və ədalətli davranmağa çağırıram. Bu, gürcü-amerikan münasibətlərinə fayda verəcək. Dünən atılan addıma gəlincə, bu addım gürcü-amerikan münasibətlərini pozmağa yönəlib. Bunun kimin işinə gəldiyini, siz özünüz müzakirə edə bilərsiniz ”, – İrakli Kobaxidze bildirib.
Bununla yanaşı, jurnalistlər baş nazirdən mövqelərin keyfiyyətcə nəzərdən keçirilməsi dedikdə nəyi nəzərdə tutduğu ilə bağlı sual ünvanlayıblar, Kobaxidze isə bunu dəqiqləşdirməyəcəyini qeyd edib.
“Mən dəqiqləşdirməyəcəyəm, amma ümid edirəm ki, dünənki qərar münasibətləri pozmaq istiqamətində sonuncu qərar olacaq. Ümid edirəm ki, gələcəkdə belə qərarlar verilməyəcək. Mən bu ümidimi ABŞ səfiri ilə görüşdə bildirdim. Mən şəxsən səfir xanıma konstruktiv münasibətinə görə təşəkkür etmək istərdim, lakin belə görünür ki, onun konstruktiv münasibəti bütövlükdə sağlam qərarlar qəbul etmək üçün yetərli deyil, bu çox məyusedicidir”, – deyə İrakli Kobaxidze bildirib.