İrakli Kobaxidze Samtrediada Kaxa Kaladze adına yeni futbol mərkəzinin açılış mərasimində iştirak etdi
Gürcüstanın baş naziri İrakli Kobaxidze Samtredia şəhərində Kaxa Kaladze adına yeni futbol mərkəzinin açılış mərasimində iştirak etdi.
Hökumət başçısı samtredililəri futbol kompleksinin açılışı münasibətilə təbrik edib.
“Samtrediada çox mühüm infrastruktur yaradıldı, burada uşaqlar inkişaf etmək və öz idman nailiyyətlərinə qayğı göstərmək imkanı əldə edəcəklər. Biz müstəsna istedadlı insanlarıq, müstəsna istedadlı uşaqlarımız var və əminəm ki, bu stadionda daha çox çempionlar yetişəcək. Bu stadionun Kaxa Kaladzenin adını daşıması çox vacibdir. Kaxa Kaladze sadəcə Samtredianın deyil, bütün Gürcüstanın fəxridir. O, Gürcüstanın ən uğurlu, ən titullu futbolçusudur. O, davam etdirilməli olan ənənələr yaratdı və bu stadion bunun üçün ən yaxşı fürsəti yaradacaq. Bu heyrətamiz təşəbbüsə görə Kaxa Kaladzeyə təşəkkür edirəm”, – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir layihəyə verdiyi dəstəyə görə Gürcüstan Futbol Federasiyasına, Federasiya prezidenti Levan Kobiaşviliyə, həmçinin FİFA və UEFA-ya və layihənin həyata keçirilməsində iştirakedən bütün insanlara təşəkkürünü bildirdi.
Samtredia futbol mərkəzində standart ölçülü, iki süni örtüklü, işıqlandırma ilə və 200 tamaşaçı üçün nəzərdə tutulmuş tribuna ilə iki meydança təşkil edildi. Həmçinin, inzibati bina tikildi. Yeni futbol mərkəzinin açılış mərasimində Tbilisi meri Kaxa Kaladze, Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, FİFA və UEFA nümayəndələri iştirak edirdilər.