İrakli Kobaxidze Samtrediada bir neçə ailəyə mənzillərin verildiyi ənənəvi tədbirdə iştirak edib
İrakli Kobaxidze Samtrediada bir neçə ailəyə mənzillərin verildiyi ənənəvi tədbirdə iştirak edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Samtrediada bir neçə ailəyə mənzillərin verildiyi ənənəvi tədbirdə iştirak edib.

Hökumət başçısı təməli Tbilisi meri Kaxa Kaladze tərəfindən qoyulan xeyriyyə aksiyasının əhəmiyyətindən və ənənədən danışıb, ailələri mənzil alması münasibətilə təbrik edib.

“İllər əvvəl Kaxi Kaladze Samtrediada çox mühüm ənənənin əsasını qoyub. 2016-cı ildən hər il bu gündə Samtrediadayam, bu da mənim üçün çox sevindiricidir və bu il də bu ənənəni pozmadım. Bu gün çox mühüm xeyriyyə tədbirinin həyata keçirilməsi ilə üst-üstə düşür və bu gün bir neçə ailəyə mənzillər verilib. Mən onların hər birini bu qeyri-adi hədiyyə münasibətilə təbrik etmək istəyirəm”, – Baş nazir qeyd edib.

Kaxa Kaladze evin açırını üç uşaq böyüdən və indiyədək yaşamağa yeri olmayan tək ata Qoça Adeişviliyə verib. Tədbirdə daha iki ailəyə “Arki” və bir iş adamı tərəfindən evlər hədiyyə edilib.

Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.