İrakli Kobaxidze - Salome Zurabişvilinin şəffaflığa qarşı şikayət ərizəsinin nə hüquqi baxımdan, nə də başqa nöqteyi-nəzərdən perspektivi olacaq
Salome Zurabişvilinin şəffaflığa qarşı şikayət ərizəsinin nə hüquqi baxımdan, nə də başqa nöqteyi-nəzərdən perspektivi olacaq- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Kobaxidze, şikayət ərizəsinin müsbət tərəfinin Salome Zurabişvilinin səhvə yol verməsi və Konstitusiya Məhkəməsinin legitimliyini tanıması olduğunu bildirib.
“Zənnimcə, şikayət ərizəsinin heç bir perspektivi olmayacaq. Şəffaflığın pis, hüquqi baxımdan yanlış olduğunu iddia etmək sadəcə olaraq imkansızdır. Bu şikayət ərizəsinin malik olduğu bir müsbət tərəfi odur ki, Salome Zurabişvili səhvə yol verdi, konstitusiyanı pozan elan etdiyi Konstitusiya Məhkəməsinin legitimliyini tanıdı. Bununla da o, ölkənin konstitusiyanı pozan prezidentinin olduğunu etiraf etdi. Özü bu faktı etiraf edir, bu da çox yaxşıdır. Şikayət ərizəsinə gəlincə, bir daha deyirəm ki, şəffaflığa qarşı şikayət ərizəsinin nə hüquqi baxımdan, nə də başqa nöqteyi-nəzərdən perspektivi olacaq”- deyə İrakli Kobaxidze bildirib.
Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək “Xarici təsirin şəffaflığı haqqında” qanunun dayandırılmasını və yekun olaraq, ləğv edilməsini tələb edib.