İrakli Kobaxidze - Saxlanılanların sayının artacağı ehtimalı var, biz hamıya xəbərdarlıq etdik ki, cinayətkarları müəyyən etmək üçün əvvəlkindən daha çox resurslarımız var
Saxlanılanların sayının artacağı ehtimalı var, biz hamıya xəbərdarlıq etdik ki, cinayətkarları müəyyən etmək üçün əvvəlkindən daha çox resurslarımız var. Dövlət qurumlarına qarşı bu miqyasda zorakılıq törədildikdə, orada cavab vermək prinsipial əhəmiyyət kəsb edir, – bu barədə Baş nazir İrakli Kobaxidze Qurcaanidə jurnalistlərə bildirib.
Bütün zorakılıq törədən və müəyyən olunan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
“Müvafiq olaraq, rəqəmin artmasını gözləmək məntiqlidir. Bir daha təkrar edirəm ki, belə bir hadisəni dövlətin sadəcə olaraq görməzdən gəlməsi mümkün deyil. Dövlət qurumlarına qarşı bu miqyasda zorakılıq törədildikdə, gələcəkdə dövləti bu tip cəhdlərdən sığortalamaq üçün bunu, təbii ki, sona qədər aparacağıq”, – deyə baş nazir bildirib.