İrakli Kobaxidze şair Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərini ifadə edir
İrakli Kobaxidze şair Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərini ifadə edir

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze şair, tərcüməçi və ictimai xadim Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərini ifadə edir.

Baş nazirin qeyd etdiyi kimi, Qivi Şahnazar uzun onilliklər ərzində ədəbiyyatın inkişafına çox mühüm töhfə verib.

“Görkəmli şair, tərcüməçi və ictimai xadim Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar məyusam. Uzun onilliklər ərzində cənab Qivi ədəbiyyatımızın inkişafına, mədəni və ictimai həyatımıza mühüm töhfə verib. Gürcü və erməni xalqları arasında dostluğun daha da güclənməsində onun rolu böyükdür. Qivi Şahnazarın ailəsinə, cəmiyyətimizə başsağlığı verirəm” – baş nazir bildirir.