İrakli Kobaxidze - Şagirdləri və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, uğurlu təhsil həyatda müvəffəqiyyət əldə etməyin ən möhkəm təməlidir
İrakli Kobaxidze - Şagirdləri və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, uğurlu təhsil həyatda müvəffəqiyyət əldə etməyin ən möhkəm təməlidir

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və tələbələri təbrik edib.

Hökumət başçısının qeyd etdiyi kimi, uğurlu təhsil həyatda müvəffəqiyyət əldə etməyin ən möhkəm təməlidir.

“Mən şagirdləri və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək istəyirəm. Mən birinci sinif şagirdlərini və birinci kurs tələbələrini xüsusilə təbrik edirəm, onların həyatında yeni, çox mühüm mərhələ başlayır və hamıya uğurlar arzulayıram. Uğurlu təhsil həyatda müvəffəqiyyət əldə etməyin ən möhkəm təməlidir. Bundan irəli gələrək, hamıya təhsillərində böyük uğurlar arzulayıram.

Həmçinin, yeni tədris ilinin başlanması münasibətilə müəllimləri təbrik etmək istəyirəm. Bu mövzu ilə bağlıdır və sizə bildirmək istəyirəm ki, məktəb infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində fəal işləyirik” – İrakli Kobaxidze bildirib.