Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Slovakiyanın baş naziri Robert Fitso ilə görüşüb.
Gürcüstan hökumət administrasiyasının məlumatına görə, görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, həmçinin iki ölkə üçün ümumi çağırışlar müzakirə olundu.
“Baş nazirlər tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər”, – məlumatda qeyd edilib.