İrakli Kobaxidze – radikal müxalifətin himayədarları gürcü xalqı yeganə səbəbə, “Gürcü arzusu”nu qəti şəkildə dəstəklədiklərinə görə və “Milli Hərəkat” kollektivindən imtina etdiklərinə görə, cəzalandırmaq istəyirlər
Radikal müxalifətin himayədarlarının gürcü xalqını yeganə səbəbə, “Gürcü arzusu”nu qəti şəkildə dəstəklədiklərinə görə və radikal müxalifətdən, “Milli Hərəkat” kollektivindən imtina etdiklərinə görə, cəzalandırmaq istəmələri heçkəs üçün təəccüblü deyil, – bu barədə Gürcüstanın baş naziri Nyu-Yorkda gürcü jurnalistlərə bildirib.
“Makkeyn İnstitutu”nun hesabatı ilə əlaqədar ünvanlanmış suala cavab olaraq baş nazir qeyd edib ki, o zaman ayrı-ayrı QHT-lər Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına fəal şəkildə qarşı çıxırdılar.
“Bu, yəqin ki, heç kim üçün təəccüblü deyil, bu insanların siyasi gündəmi var. Ölkədə viza rejiminin liberallaşdırılmasına baxılan zaman həmin şəxslər, bu siyasi qüvvənin nümayəndələri, o cümlədən müvafiq QHT-lər vizanın liberallaşdırılmasına qarşı fəal lobbiçilik edirdilər. Bundan sonra namizəd statusunun verilməsi ilə bağlı oxşar prosesləri xatırlayırsınız ki, həmin QHT-lər, eləcə də müvafiq siyasi partiyalar birbaşa namizəd statusunun əleyhinə lobbiçilik edirdilər. Ölkənin namizəd statusuna layiq olub-olmaması sualına cavab vermədilər və bu neqativ kampaniya fonunda ölkə namizəd statusu aldı. İndi də heç kəs üçün təəccüblü deyil ki, bu insanlar gürcü xalqını yeganə səbəbə, “Gürcü arzusu”nu qəti şəkildə dəstəklədiklərinə görə və radikal müxalifətdən, “Milli Hərəkat” kollektivindən imtina etdiklərinə görə, cəzalandırmaq istəyirlər, hərçənd, mən düşünürəm ki, bizim ölkəmiz və gürcü xalqı üçün hər şey çox yaxşı inkişaf edəcək və sonda biz qarşıya qoyulan məqsədlərə mütləq nail olacağıq”, – deyə İrakli Kobaxidze bildirib.