İrakli Kobaxidze - Qazaxıstan prezidentilə iqtisadiyyat, təhlükəsizlik və ortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik
Qazaxıstan prezidentilə iqtisadiyyat, təhlükəsizlik və ortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, görüşdə iki tərəfli gündəlikdəki məsələlər müzakirə olunub.
“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdüyümə şadam. Biz ikitərəfli gündəlikdəki məsələləri və iqtisadiyyat, təhlükəsizlik və ortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik”, – Baş nazir qeyd edir.