İrakli Kobaxidze - partiyaların konstitusiyaya zidd elan olunması barədə qərarı Konstitusiya Məhkəməsi verir, biz dörd partiyanın hər biri ilə bağlı müraciət edəcəyik, çünki dördü də bir siyasi qüvvədir
Partiyaların konstitusiyaya zidd elan olunması barədə qərarı yalnız bir orqan qəbul edə bilər, bu da Gürcüstanın Konstitusiya Məhkəməsidir. Biz dörd partiyanın hər biri ilə bağlı müraciət edəcəyik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Baş nazirin dediyinə görə, dörd partiyanın hamısı eyni siyasi qüvvəyə aiddir.
“Partiyaları biz ləğv edə bilmərik. Partiyaların konstitusiyaya zidd elan olunması barədə qərarı yalnız bir orqan – Gürcüstanın Konstitusiya Məhkəməsi qəbul edə bilər. Biz dörd partiyanın hər biri ilə bağlı müraciət edəcəyik, çünki bu dörd partiya eyni siyasi qüvvəyə aiddir – bu, kollektiv “Milli Hərəkatdır”, xarici agentura, hansı ki, artıq uzun illərdir, 2003-cü ildən bəri kollektiv şəkildə Gürcüstanın milli maraqlarına qarşı mübarizə aparır”, – Kobaxidze bildirib.