İrakli Kobaxidze parlamentin sədri, icraçı və qanunverici hakimiyyətin üzvləri və diplomatik korpusla birlikdə avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib
İrakli Kobaxidze parlamentin sədri, icraçı və qanunverici hakimiyyətin üzvləri və diplomatik korpusla birlikdə avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin sədri Şalva Papuaşvili, icraçı və qanunverici hakimiyyətin üzvləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə 2008-ci ilin müharibəsinin 16-cı ildönümü ilə əlaqədar Muxatqverdi Qardaşlar Qəbiristanlığında həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edib.

Hökumət başçısı abidəni əklillə bəzəyib.

“Ən faciəli günlər hamımızın yadındadır, lakin bu günlər hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlığa görə bizi eləcə də qürur hissi ilə doldurur və bir daha əlbətdə, onları ehtiramla yad etməliyik. Onların arzusu var idi, bu, Gürcüstanın ərazi bütövlüyü idi və əminəm ki, onların qəhrəmanlığı iz qoymadan ötüşməyəcək, Gürcüstanın ərazi bütövlüyü mütləq bərpa olunacaq, sülh yolu ilə bərpa olunacaq və qəhrəmanlarımızın arzusu gerçəkləşəcək” – baş nazir bildirib.