İrakli Kobaxidze - Ölkədə sabitlik var və yaxın üç il ərzində seçkilər olmayacaq, bütün qarışıqlıqlara baxmayaraq, diqqətimizi inkişafa yönəldə bilərik
İrakli Kobaxidze - Ölkədə sabitlik var və yaxın üç il ərzində seçkilər olmayacaq, bütün qarışıqlıqlara baxmayaraq, diqqətimizi inkişafa yönəldə bilərik

Bu gün ölkəmizdə sabitlik var və düşünürəm ki, Gürcüstanda sabit mühiti qoruyub saxlayacağıq ki, bu da ölkənin inkişafının açarıdır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına müsahibəsində bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, son bir neçə il ərzində ölkə bir çox çağırışlarla üzləşib, xüsusilə 2020-ci il parlament seçkilərindən sonra.

“Ölkədə çevrilişin beş fərqli cəhdinin qarşısında dayandıq, amma indi vəziyyət tamamilə stabildir və ardıcıl siyasətimizlə vəziyyəti sabitləşdirməyi bacardıq. Son bir neçə il ərzində atılan addımlar nəticəsində müxalifət xeyli zəiflədi.

“İndi bizdə sabitlik var. Növbəti üç il ərzində seçkilər olmayacaq, bu isə o deməkdir ki, biz ölkənin inkişafına tam olaraq diqqət yetirə bilərik. Ölkənin son bir neçə il ərzində yaşadığı bütün sınaqlara və çətinliklərə baxmayaraq, biz iqtisadi inkişafda çox yüksək templər göstərmişik və indi tam olaraq buna fokuslanmışıq”, – İrakli Kobaxidze bildirib.