İrakli Kobaxidze - ölkədə böhran olmayacaq, dövlət öz çağırışının zirvəsindədir
İrakli Kobaxidze - ölkədə böhran olmayacaq, dövlət öz çağırışının zirvəsindədir

Ölkəmizdə heç bir böhran olmayacaq, əgər kimsə 2020-ci il parlament seçkilərindən sonra Gürcüstanda artıq yaşadığımız ssenarini təkrarlamaq istəyirsə, bu cəhd tamamilə uğursuzluğa məhkumdur”, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzeyə Britaniyanın “Financial Times”la bağlı, “Qərb Gürcüstandakı böhrana hazırlaşmalıdır” başlıqda dərc etdiyi məqalə ilə bağlı sual ünvanlayıblar.

Hökumət başçısının qeyd etdiyi kimi, dövlət öz yerində, çağırışın zirvəsində dayanır.

“Ölkəmizdə heç bir böhran olmayacaq. Görürsünüz ki, dövlət öz yerində, çağırışın zirvəsində dayanır, o cümlədən hüquq-mühafizə orqanları çağırışın zirvəsindədirlər, bunu son aylar ərzində da daxil olmaqla, gürcü cəmiyyəti gördü. Müvafiq olaraq, heç kim heç bir cür böhran yarada bilməz. Əgər kimsə Gürcüstanda 2020-ci il parlament seçkilərindən sonra artıq yaşadığımız ssenarini təkrarlamaq istəyirsə, bu cəhd də tamamilə uğursuzluğa məhkumdur, bir çaya iki dəfə girmək olmaz. Müvafiq olaraq, kiminsə belə fikirləri varsa, mən hamıya belə fikirləri bir kənara qoymağı məsləhət görürəm”, – deyə İrakli Kobaxidze bildirib.