İrakli Kobaxidze - Olimpiya Oyunlarında olduğu kimi, paralimpiyaçılara eyni məbləğdə mükafat veriləcək, medal qazana bilməyən bütün paraidmançılar həmçinin 50 000 lari məbləğində mükafata layiq görüləcəklər
Olimpiya Oyunlarında olduğu kimi, paralimpiyaçılara eyni məbləğdə mükafat veriləcək, medal qazana bilməyən bütün paraidmançılar həmçinin 50 000 lari məbləğində mükafata layiq görüləcəklər – bu haqda Gürcüstanın Baş naziri paralimpiyaçıların qarşılanma mərasimində bildirib.
Baş nazir, ordenə təqdim edilmə haqqında qərarın artıq qəbul edildiyini və ordenlərin paralimpiyaçılara sabah veriləcəyini bildirib.
“Olimpiya Oyunlarında olduğu kimi, medalçılar üçün eyni məbləğdə mükafatların təyin ediləcəyi haqda biz Paralimpiya Oyunlarından əvvəl bəyanat vermişdik və əlbətdə, bu mükafatlar ən qısa müddətdə müvafiq şəkildə veriləcək. Bu halda da qeyd etmək istəyirəm ki, medal qazana bilməyən bütün paraidmançılar həmçinin 50 000 lari məbləğində mükafata layiq görüləcəklər. Uğurunuzu qiymətləndirmək bizim xüsusi borcumuzdur.
Həmçinin, xatırlatmaq istəyirəm ki, parlamentin sədri ilə birlikdə bütün medalçıların mükafatlandırılması haqqında qərar qəbul etmişik, onlar ali dövlət mükafatlarına təqdim olunublar. Həmçinin, İrma Xetsuriani ali dövlət mükafatına təqdim olunub və məşqçilər müvafiq mükafatlara təqdim olunublar. Ordenlərə təqdim edilmə haqqında qərar artıq verilib və bu ordenlər, ali mükafatlar sabah sizə təqdim olunacaq və mən sizi əvvəlcədən təbrik etmək istəyirəm.
Paralimpiya Komitəsinə, şəxsən cənab Ratiyə xüsusi səylərinə və səmimi əməyinə görə təşəkkür etmək istəyirəm, paraidmanın inkişafına o, bütün ruhunu və qəlbini qoyub və ona gördüyü işlərə görə təşəkkür edirəm. Təbii ki, bütün müvafiq federasiyalar xüsusi təşəkkürə layiqdirlər, mədəniyyət və idman naziri xanım Tea Tsulukianiyə və bütövlükdə nazirliyə təşəkkür etmək istəyirəm, ümumiyyətlə paraidmanın qazandığı uğurun əldə edilməsində çoxlu sayda insan iştirak edib. Paralimpiya komandası və hər bir əməkdaşa uğurumuza verdikləri xüsusi töhfəyə görə təşəkkür edirəm. Məşqçilərə, həkimlərə, texniki heyətə və bir daha paralimpiyaçılara xüsusi təşəkkürümü bildirmək istəyirəm, qələbəniz hər bir gürcü, hər bir azarkeş üçün xüsusi qürurverici idi və bizə yaşatdığınız qürur və sevincə görə təşəkkür edirəm” – baş nazir bildirib.