İrakli Kobaxidze - Oktyabr ayında kollektiv "Milli Hərəkat" adı altında nəzərdə tutulan bütün partiyaların konstitusiyaya zidd elan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim olunacaq
Oktyabr ayında kollektiv “Milli Hərəkat” adı altında nəzərdə tutulan bütün partiyaların konstitusiyaya zidd elan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müvafiq şikayət təqdim olunacaq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, bu, demokratik prosesdir.
“Oktyab ayında kollektiv “Milli Hərəkat” adı altında nəzərdə tutulan bütün partiyaların konstitusiyaya zidd elan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müvafiq şikayət təqdim olunacaq. Bu, demokratik prosesdir və bu şikayət Konstitusiya Məhkəməsinə mütləq daxil olacaq”, – İrakli Kobaxidze bildirib.
Parlament çoxluğunun üzvü, müvəqqəti istintaq komissiyasının sədri Tea Tsulukiani bildirib ki, parlament çoxluğu və “Gürcü Arzusu” partiyası, “Milli Hərəkat” və onun üzvlərinin siyasi fəaliyyətini qadağan etmək məqsədilə Konstitusiya Məhkəməsində müvafiq hüquqi prosedurların başlanması üçün istintaq komissiyasının rəyindən əsas kimi istifadə etmək qərarına gəlib.