İrakli Kobaxidze - Növbəti dörd il ərzində ilkin səhiyyə istiqamətində əlavə olaraq 120 milyon ları ayrılacaq
Növbəti iki il ərzində ilkin səhiyyə istiqamətində əlavə 120 milyon lari ayrılacaq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Baş nazirin söylədiyinə görə, o, bu məsələdə beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq edirdi.
“İlkin səhiyyəyə gəlincə, beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq olub və növbəti 4 il ərzində ilkin səhiyyə xidməti istiqamətində əlavə 120 milyon lari ayrılması planlaşdırılır. Bu, ciddi investisiyadır, lakin plana əsasən, bu investisiya səhiyyə sahəsində ümumilikdə 150 milyon larilik qənaət təmin etməlidir. Bu istiqamətdə işlər fəal şəkildə aparılacaq və müvafiq proqram da mütləq həyata keçiriləcək”, – Kobaxidze bildirib.