İrakli Kobaxidze Nikuşor Danı Rumıniya Prezidenti seçilməsi münasibətilə təbrik edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nikuşor Danı Rumıniya prezidenti seçilməsi münasibətilə təbrik edir. Hökumət başçısı X sosial şəbəkəsində dərc etdiyi təbrikdə Gürcüstan və Rumıniya arasında əməkdaşlığın daha da dərinləşməsinə diqqət yetirir.
“Nikuşor Danı Rumıniyanın Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona bu mühüm funksiyanı yerinə yetirməkdə uğurlar arzulayıram. Rumıniya Gürcüstan üçün dəyərli tərəfdaşdır və mən ölkələrimiz arasında sıx əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirəm”, – deyə İrakli Kobaxidze qeyd edir.