İrakli Kobaxidze - Nikol Paşinyanla görüşdə ölkələr arasında bütün istiqamətlərdə münasibətlərin inkişafından danışdıq
Biz ölkələrimiz arasında bütün istiqamətlərdə – istər siyasi, istər iqtisadi əməkdaşlıq, istər mədəniyyət, təhsil, istərsə də digər sahələrdə münasibətlərin inkişafından danışdıq. Bütün bu sahələr bizim üçün eyni dərəcədə prioritetdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirilən brifinqdə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, görüşdə ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə Nikol Paşinyana təşəkkür edib.
“Görüşdə həmkarıma ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə təşəkkür etdim. Münasibətlərimizin çox yüksək dinamikasını qeyd etmək istəyirəm. Yüksək səviyyəli səfərlər çox tez-tez olur və biz bu dinamikanı qorumağa tam hazırıq. Bu gün biz ölkələrimiz arasında bütün istiqamətlərdə – istər siyasi, istər iqtisadi əməkdaşlıq, istər mədəniyyət, təhsil, istərsə də digər sahələrdə münasibətlərin inkişafından danışdıq. Bütün bu sahələr bizim üçün eyni dərəcədə prioritetdir” – İrakli Kobaxidze bildirib.