İrakli Kobaxidze - NATO-Gürcüstan tərəfdaşlığı yüksək səviyyədədir, sıx əməkdaşlığı davam etdirəcəyik
İrakli Kobaxidze - NATO-Gürcüstan tərəfdaşlığı yüksək səviyyədədir, sıx əməkdaşlığı davam etdirəcəyik

 
NATO-Gürcüstan tərəfdaşlığı yüksək səviyyədədir. Təbii ki, sıx əməkdaşlığı davam etdirəcəyik-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Baş nazir bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqlə dünən baş tutan görüşlər böyük nikbinlik üçün əsas yaradır.

“Dünən cənab Stoltenberqlə möhtəşəm görüşlərimiz oldu. Sonra şam yeməyi zamanı da biz NATO-Gürcüstan tərəfdaşlığı ilə bağlı bütün mövzular ətrafında dostcasına söhbətimizi davam etdirdik. NATO-Gürcüstan tərəfdaşlığı yüksək səviyyədədir. Təbii ki, sıx əməkdaşlığımızı davam etdirəcəyik, bu əlaqələri daha da dərinləşdirməyə çalışacağıq. Dünən cənab Stoltenberqlə baş tutan görüşlər böyük nikbinlik üçün əsas yaradır”- baş nazir açıqlayıb.