İrakli Kobaxidze - İstisnalıq təşkil edən ixtisaslar xaricində, 3+1 sisteminə keçməliyik, üç il bakalavriat və bir il magistratura, məktəblərin bir hissəsində də 11 illik proqrama keçməli olduğumuzu düşünürük
İrakli Kobaxidze - İstisnalıq təşkil edən ixtisaslar xaricində, 3+1 sisteminə keçməliyik, üç il bakalavriat və bir il magistratura, məktəblərin bir hissəsində də 11 illik proqrama keçməli olduğumuzu düşünürük

Biz müəyyən təhlil apardıq və düşünürük ki, 3+1 sisteminə keçməliyik, üç il bakalavriat və bir il magistratura”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil islahatının təqdimatı zamanı bildirib.

Onun dediyinə görə, həm bakalavr pilləsində, həm də magistraturanın aydın şəkildə müəyyən edilmiş məqsədləri olmalıdır, bu isə hazırda təmin olunmayıb.

“Üç il demək olar ki, bütün ixtisaslar üçün tamamilə kifayətdir. Əlbəttə ki, tibb və bu kimi ixtisaslar istisnadır. Digər hallarda, demək olar ki, bütün sahələr üzrə üç il ərzində bakalavriat səviyyəsində təhsil almaq və bir il ərzində magistratura dərəcəsi almaq mümkündür. Həmçinin, yaxın gələcəkdə digər istiqamətlər üzrə də müəyyən planlar təqdim etməyi planlaşdırırıq və hesab edirik ki, məktəblərin bir hissəsində də 11 illik təhsil proqramına keçmək lazımdır, bu istiqamətdə də Təhsil Nazirliyi fəal şəkildə işləyir”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, tədris müddəti müxtəlif fakültə və ixtisaslarda hər hansı dərin təhlilə əsaslanmır. Baş nazirin qeyd etdiyi kimi, vaxtilə müəyyən bir sistem formalaşdı və ondan sonra heç kim tədris müddətinə yenidən baxmağı düşünməyib.

“Müəyyən etdiyimiz digər problem müxtəlif fakültə və ixtisaslar üzrə təhsil müddətinin heç bir dərin təhlilə əsaslanmamasıdır. Vaxtilə müəyyən bir sistem qurulmuşdu. Bu vaxtdan sonra heç kim düşünməyib tədrisin müddətini yenidən gözdən keçirsin. Bu mövzuda bizim cavabımız var bu konsepsiyada. Bir problem, hansı ki, ikinci çağırışın altında da vurğulanmalıdır, odur ki, keyfiyyət idarəetmə sistemi əsasən nasazdır. Dövlət ali təhsil sistemində keyfiyyətin təmin edilməsinə, keyfiyyətin Ali təhsil sistemində keyfiyyətin təmin olunmasına və keyfiyyət idarəetməsinə dövlət məsuliyyət daşıyır, lakin burada çoxlu qüsurlar mövcuddur. Keyfiyyət idarəetmə sistemi əsasən formal xarakter daşıyır və ciddi dəyişikliklərə ehtiyac var”, – İrakli Kobaxidze bildirib.