İrakli Kobaxidze - Mixael Rotun nüfuzunun necə olduğunu bilirsinizmi? Gürcüstana nə qədər çox belə siyasətçi gələrsə, hakim komanda və onun seçki mövqeləri üçün bir o qədər yaxşıdır
Mixael Rot kimi siyasətçilər seçkiöncəsi dövrdə hakim komanda üçün hədiyyədir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə deyib.
Kobaxidzeyə Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Mixael Rotun Gürcüstana səfəri ilə bağlı sual ünvanlanıb və baş nazir bu şəxsin nüfuzunun hamıya məlum olduğunu qeyd edib.
“Bu insanın nüfuzunun necə olduğunu bilirsinizmi? Müvafiq olaraq, Gürcüstana nə qədər çox belə siyasətçi gələrsə, hakim komanda və onun seçki mövqeləri üçün bir o qədər yaxşıdır” – İrakli Kobaxidze bildirib.