İrakli Kobaxidze - Merab Dvalişviliyə, eləcə də İlia Topuriaya hər biri üçün milyon lari məbləğində pul mükafatı vermək qərarını qəbul etdik
İrakli Kobaxidze - Merab Dvalişviliyə, eləcə də İlia Topuriaya hər biri üçün milyon lari məbləğində pul mükafatı vermək qərarını qəbul etdik

 
Merab Dvalişviliyə, eləcə də Gürcüstana ilk UFC çempionu titulunu qazandıran İlia Topuriaya hər biri üçün milyon lari məbləğində pul mükafatı vermək qərarını qəbul etdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında qeyd olunub.

“Gürcü idmançılar idmanın müxtəlif növlərində misli görünməmiş nailiyyətlər qazanırlar, bunun ən son nümunəsi Merab Dvalişvilinin UFC çempionu titulunu qazanmasıdır.

Bu gün UFC-nin səkkiz aktiv çempionundan ikisi gürcüdür, bu da gürcülərin mübariz ruhunu ən yaxşı şəkildə göstərir. Belə bir nəticəyə 4 milyonluq Gürcüstanla birlikdə yalnız 200 milyonluq Braziliya malikdir, bu da hər bir gürcü üçün xüsusilə qürurvericidir. İlia Topuria və Merab Dvalişvili gürcü insanının 3000 il boyunca təcrübə qazanmış mübariz xarakterini göstərdilər və bununla da hamımıza xatırlatdılar ki, harada ləyaqətlə mübarizə aparsaq, biz gürcülərə heç kim qalib gələ bilməz.

İdman uğurları və ölkə üçün qazanılmış qələbə layiqincə qiymətləndirilməlidir. Müvafiq olaraq, Merab Dvalişviliyə, eləcə də Gürcüstana ilk UFC çempionu titulunu qazandıran İlia Topuriaya hər biri üçün milyon lari məbləğində pul mükafatı vermək qərarını qəbul etdik.

Merab Dvalişviliyə və İlia Topuriaya daha çox qələbələr arzu edirik. İlia Topuriaya oktyabrın 26-da UFC kəmərini müdafiə etməsini arzulayırıq. 26 oktyabr bizim günümüzdür və inanırıq ki, 26 oktyabrda İlia bizə daha bir qələbə bəxş edəcək” – baş nazirin bəyanatında qeyd olunub.