İrakli Kobaxidze - Həm Makronla, həm də Metsola ilə Gürcüstanın Avropa perspektivi və regiondakı rolumuzla bağlı mövzularda söhbətimiz oldu
“Prezident Makron, Metsola və digər liderlərlə Gürcüstanın inkişafı, Avropa perspektivi və regiondakı rolumuzla bağlı mövzular barədə söhbətimiz oldu”, – bu barədə Baş nazir İrakli Kobaxidze Albaniyada gürcü jurnalistlərə bildirib.
İrakli Kobaxidzenin dediyinə görə, o, siyasi liderlərlə Gürcüstanın maraqları ilə bağlı mesajlarını bölüşdü.
“Bu birbaşa danışıqlar olduğuna görə, bizim onu açıqlamaq hüququmuz yoxdur, hərçənd ümumiyyətlə, təbii ki, sizə deyə bilərəm ki, söhbət Gürcüstanın maraqları ilə bağlı mesajlarımızın həm Prezident Makronla, həm də Roberta Metsola və digər siyasi liderlərlə paylaşılmasından gedirdi”, – baş nazir bildirib.