İrakli Kobaxidze - Majoritar sistemin ləğvi şəraitində, əlbəttə, çətinliklər var, lakin nümayəndə institutu bizə çatışmazlıqlarla üzləşməyə imkan verəcək
Majoritar sistemin ləğvi şəraitində, əlbəttə, çətinliklər var, lakin nümayəndə institutu bizə çatışmazlıqlarla üzləşməyə imkan verəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze bildirib ki, nümayəndələr hər bir müvafiq bölgədə kampaniyanın aparılmasında siyasi baxımdan məsuliyyət daşıyacaqlar və seçildikdən sonra eləcə də seçicilərlə maksimal olaraq sıx əlaqədə olmaq məsuliyyətini daşıyacaqlar.
“Məqsəd namizədlərimizlə seçicilər arasında ünsiyyətin maksimal olaraq sıx olmasıdır. Daha sonra, artıq parlament seçiləndə deputatların seçicilərlə sıx əlaqədə olması mühümdür. Majoritarlığın ləğvi şəraitində, əlbətdə, bu baxımdan, belə demək mümkünsə, çətinliklər var, lakin nümayəndə institutu bizə çatışmazlıqlarla bir şəkildə üzləşməyə imkan verəcək. Xüsusilə, yerlərdə birbaşa kampaniya aparacaq nümayəndələr olacaq, onlar hər bir müvafiq bölgədə kampaniyanın aparılmasında siyasi baxımdan məsuliyyət daşıyacaqlar. Daha sonra artıq Gürcüstan Parlamentinə seçiləndə onlar eləcə də seçicilərlə maksimal olaraq sıx münasibət və əlaqədə olmaq məsuliyyətini daşıyacaqlar. Yəni, bu, majoritar institutun tam hüquqlu dəyişdirilməsi olmayacaq, lakin majoritarların ləğvi ilə əlaqədar çatışmazlıqları müəyyən dərəcədə aradan qaldıracaq” – Kobaxidze qeyd edib.