İrakli Kobaxidze – Kutaisi Texnologiya Mərkəzi regional əhəmiyyətli bir mərkəzə çevriləcək, əvvəlki hakimiyyətin korrupsiya rəmzi olan binanın bu gündən etibarən yeni funksiya qazanmasından məmnunam

22:05, 24.07.2026

Bilik və innovasiyalara əsaslanan iqtisadi inkişaf Gürcüstan hökumətinin ən mühüm prioritetlərindən biridir, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Kutaisi Texnologiya Mərkəzinin açılış mərasimində çıxışı zamanı bildirib.

Kobaxidzenin sözlərinə görə, Kutaisi Texnologiya Mərkəzi bilik, innovasiya və texnoloji inkişafın regional əhəmiyyətli mərkəzinə çevriləcək.

“Bu gün Kutaisi Texnologiya Mərkəzini açmağımızdan məmnunam və əminəm ki, bu, regional bilik, innovasiya və texnoloji inkişaf mərkəzinə çevriləcək. Əvvəlki hakimiyyətin korrupsiya rəmzi olan binanın bu gündən etibarən yeni funksiya qazanmasından məmnunam. Bilik və innovasiyalara əsaslanan iqtisadi inkişaf Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir.

Ötən illər ərzində biz innovativ startaplara dəstək sistemini inkişaf etdirdik, milli texnoparklar şəbəkəsini yaratdıq, texnoloji və innovativ biznes üçün xüsusi vergi şərtləri tətbiq etdik, beynəlxalq şirkətləri cəlb etdik və minlərlə gəncə müasir bilik əldə etmək və peşəkar inkişaf imkanı yaratdıq. Bütün bunlar artıq ölkəyə əhəmiyyətli iqtisadi səmərə gətirib – hökumətin dəstəyi ilə 300-dən çox innovativ və yüksək texnologiyalı startap 800 milyon laridən çox iqtisadi fayda yaradıb, 4000-dən çox həmvətənimiz işlə təmin olunub və Gürcüstan region miqyasında ən cəlbedici mərkəzlərdən birinə çevrilib”, – İrakli Kobaxidze bildirib.

Oxşar