İrakli Kobaxidze Kobuletidə "Çele Arena"nın meydançalarının bərpa prosesilə tanış oldu
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, hökumət üzvləri və Acar Muxtar Respublikası hökumətinin sədri Sulxan Tamazaşvili ilə birlikdə, Kobuletidəki “Çele Arena”nın meydançalarının bərpası prosesi ilə tanış oldu.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, bərpa işlərinin birinci mərhələsi çərçivəsində meydançanın örtüyü yenilənib, iki kiçik stadionda işıqlandırma sistemi quraşdırılıb, tribunaların və inzibati binanın qismən bərpası həyata keçirilib.
Bununla yanaşı, onların məlumatına görə, infrastruktur layihəsinin işıqlandırma və tribuna qurğularını əhatə edən ikinci mərhələsi ilin sonunadək başa çatacaq, layihənin dəyəri isə 3 milyon lariyə qədərdir.