İrakli Kobaxidze xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb
İrakli Kobaxidze xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb

 

Baş nazir İrakli Kobaxidze Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə insan hüquqlarının müdafiəsi baxımından ölkədə mövcud vəziyyəti və bu baxımdan aktual məsələləri müzakirə ediblər.

Ombudsman hökumət başçısı ilə əsas fəaliyyət istiqamətləri və çağırışlar haqda danışıb.

İrakli Kobaxidze Xalq Müdafiəçisi İnstitutunun fəaliyyətinin əhəmiyyətini vurğulayıb və hakimiyyətin ombudsmanın insan hüquqlarının müdafiəsi standartının daha da yaxşılaşdırılmasına xidmət edən tövsiyələrinə böyük diqqət yetirdiyini qeyd edib.