İrakli Kobaxidze Keniya Respublikasının Prezidenti Uiliam Ruto ilə görüşüb
İrakli Kobaxidze Keniya Respublikasının Prezidenti Uiliam Ruto ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Keniya Respublikasının Prezidenti Uiliam Ruto ilə görüşüb.

Gürcüstan hökumətinin Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstanın əlverişli coğrafi mövqeyi və ölkədə mövcud biznes mühiti müzakirə olunub.

“Hökumət başçısı ölkənin iqtisadi artımının müsbət dinamikası və Gürcüstanın çoxmilyonluq bazarlara çıxış baxımından investorlara təqdim etdiyi imkanlar barədə danışıb.

Baş nazir Keniya Respublikasının Prezidentinə Gürcüstanın ərazi bütövlüyünə və işğal olunmuş ərazilərin tanınmaması siyasətinə verdiyi dəstəyə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər”, – hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunur.