İrakli Kobaxidze - keçmiş 13 il ərzində uğursuz olan inqilabi cəhdlər bu il də uğursuz olacaq
İrakli Kobaxidze - keçmiş 13 il ərzində uğursuz olan inqilabi cəhdlər bu il də uğursuz olacaq

Biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirməyə imkan verməyəcəyik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Baş nazirin qeyd etdiyi kimi, xarici xüsusi xidmət orqanları sınanmış üsullarla işləyirlər.

“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri təşviq etməkdir, lakin hamıya söz verirəm ki, inqilabi cəhdlər ötən 13 il ərzində olduğu kimi, bu il də və gələcək illərdə də uğursuz olacaq. Əlbəttə, biz heç kimə imkan verməyəcəyik ki, Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirsin”, – deyə baş nazir bildirib.