İrakli Kobaxidze - cəmiyyət bu seçkilərin fövqəladə əhəmiyyətini tam dərk etdi, ölkənin dinc inkişafını dəstəklədi, buna görə onlara bir daha çox təşəkkür etməliyik
İrakli Kobaxidze - cəmiyyət bu seçkilərin fövqəladə əhəmiyyətini tam dərk etdi, ölkənin dinc inkişafını dəstəklədi, buna görə onlara bir daha çox təşəkkür etməliyik

Müharibə və sülhün taleyinin həll olunduğu prinsipial, həlledici, referenduma bərabər bir seçki idi. Bu mesajı gürcü cəmiyyəti uyğun şəkildə dərk etdi, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” adlı proqramında bildirib.

Kobaxidzenin dediyinə görə, cəmiyyət Gürcüstanın uzunmüddətli stabil, dinc inkişafını dəstəkləyib.

“Bir daha təkrar edə bilərik ki, bu, prinsipial, həlledici, referenduma bərabər seçki idi, burada real olaraq müharibənin və sülhün taleyi həll edilirdi. Bu mesajı gürcü cəmiyyəti uyğun şəkildə dərk etdi və seçkilərdə müşahidə olunan yüksək fəallıq, görünməmiş yüksək fəallıq bununla bağlıdır. Bu misilsiz fəallıqla əslində məlum oldu ki, ictimaiyyət bu seçkilərin xüsusi və fövqəladə əhəmiyyətini tam dərk edib, bizim kursumuzu, hakim komandanı, “Gürcü Arzusunu” dəstəkləyib və son olaraq ölkəmizin uzunmüddətli stabil, dinc inkişafını dəstəkləyib. Bunun üçün gürcü cəmiyyətinə bir daha təşəkkür etməliyik”, – deyə İrakli Kobaxidze bildirib.