İrakli Kobaxidze - "Əsas odur ki, parlament və Ombudsmen fəal partnyor olsunlar"
İrakli Kobaxidze - "Əsas odur ki, parlament və Ombudsmen fəal partnyor olsunlar"

Gürcüstan parlamentinin sədrinin bəyanatına görə, müxalifət partiyaları xalq müdafiyəçisinin seçilməsi prosesindən kənarlaşaraq, yanlış qərar verdilər.

İrakli Kobaxidzenin dediyinə görə, konsensus ilə bağlı diskusiya bir il ərzində davam edir, ancaq bu şərtlərdə yenə məlum oldu ki, siyasi mədəniyyətin inkişafı ilə bağlı yenə problemlərimiz var.

Onun dediiynə görə, parlament azlığının bu mövqeyi onun üçün qəribədir.

“Onların arqumenti odur ki, Nino Lomcaria baş auditor müavininin vəzifəsindəykən, iqtidarı yetəri qədər tənqid etmirdi. Onu nəzərə alsaq ki, auditor müavinin vəzifəsi iqtidarı tənqid etmək deyil, bu arqument də gülməlidir.

Bizim üçün əsas odur ki, parlament və xalq müdafiyəçisi arasında fəal partnyorluq olsun” – dedi parlamentin sədri.