İrakli Kobaxidze - İstənilən radikal və zərərli ideologiya fundamental dəyərlərlə qarşıdurma ilə xarakterizə olunur, müxalifətin əsas xəttləri isə bolşevik ideologiyasından heç də fərqlənmir
İrakli Kobaxidze - İstənilən radikal və zərərli ideologiya fundamental dəyərlərlə qarşıdurma ilə xarakterizə olunur, müxalifətin əsas xəttləri isə bolşevik ideologiyasından heç də fərqlənmir

Onlar bizim əsas, milli, ölkənin maraqlarına çox sərt şəkildə qarşı çıxırlar; vətən, kilsə, nifrət yaymaq — bunlar onların əsas xəttləridir. Buna qarşı necə loyal olmaq olar? Buna görə də, prinsipcə ölkəmizin maraqlarını müdafiə etməliyik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, konkret “dəyərlər” üzərində qurulan konkret ideologiya var və bu ideologiyanın əsas vəzifələrindən biri insanları bütün dəyərlərdən məhrum etməkdir.

“Bu yeni deyil, belə bir ideologiya keçmişdə də mövcud idi, tarixdə ən ağrılı xatırladığımız faşizm, bir əsr əvvəl isə bolşevizm.O vaxtlar xatırlayırsınız ki, etnik olaraq gürcü olan bolşevik insanlar vardı; onlar öz əlləri ilə insanları və vətənpərvər şəxsləri öldürür, öz vətənlərinə və kilsələrinə qarşı kampaniya aparırdılar. Reallıqda isə əsas xətlərin bolşevik ideologiyasından heç bir fərqi yoxdur. Eyni şey burada da olur, vətənini sevməməlisən, kilsənə hörmət etməməlisən və nifrət yaymalısan. Bolşevizm də bu xüsusiyyətlərlə xarakterizə olunurdu: hər yerdə nifrət. Avtoritet mövcud olmamalıdır; bu, onun əsas xüsusiyyətlərindən biridir”, – deyə İrakli Kobaxidze bildirib.