İrakli Kobaxidze - İşğal xəttinin ikinci tərəfində, Abxaziya və Sxinvali bölgələrindəki xalqımıza müraciət etmək istəyirəm, işğal xəttinin bu tərəfində biz sizi hər zaman səmimiyyətlə qəbul edəcəyik
İrakli Kobaxidze - İşğal xəttinin ikinci tərəfində, Abxaziya və Sxinvali bölgələrindəki xalqımıza müraciət etmək istəyirəm, işğal xəttinin bu tərəfində biz sizi hər zaman səmimiyyətlə qəbul edəcəyik

 
Ərazimizin 20%-nin qeyri-qanuni işğal altında olmasına baxmayaraq, biz irəliləməyə, böyüməyə davam edirik, övladlarımızın daha yaxşı, daha güclü və daha ləyaqətli Gürcüstanda yaşaması üçün çalışırıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

İrakli Kobaxidze, Gürcüstanın bütün vətəndaşlarının öz ölkələri ilə fəxr etmələri üçün hakimiyyətin ardıcıl və yorulmadan çalışdığını deyib.

“Bu fürsətdən istifadə etmək və işğal xəttinin ikinci tərəfində, Abxaziya və Sxinvali bölgələrindəki xalqımıza müraciət etmək istəyirəm. Bütün addımlarımız xalqımıza kömək etməyə və bir gün bizim, övladlarımızla birlikdə xoşbəxt, birləşmiş və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilməyimizə yönəlib. İşğal xəttinin bu tərəfində biz sizi hər zaman səmimiyyətlə qəbul edəcəyik. Ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik” – baş nazir bildirib.